RU

Zelenski: Üçtərəfli görüş Türkiyədə keçirilə bilər

Hurriyyet saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında üçtərəfli danışıqların növbəti mərhələsi İsveçrədə və ya Türkiyədə keçirilə bilər.

Hurriyyet.info UNIAN-a istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu onlayn brifinq zamanı bildirib.

Dövlət başçısı Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların bu həftə - çərşənbə axşamından çərşənbə gününə qədər Türkiyədə keçirilməsinin planlaşdırıldığını bildirib.

Zelenski bu istiqamətdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar apardığını söyləyib.

"Hamı üçün Yaxın Şərqdəki müharibə bir çağırışdır. Buna baxmayaraq, Ukraynadakı müharibəyə son qoymaqdan ötrü dialoqun vacib və hamımız üçün prioritet olduğuna hər kəs tərəfdardır", - deyə prezident qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
81
1
hurriyyet.az

2Источники