RU

Tramp iranlı futbolçular üçün nəyi xahiş etdi?

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Avstraliya Asiya Kubokunda iştirak etdikdən sonra ölkədə qala bilmələri üçün beş iranlı futbolçuya viza verməyə razılıq verib".Newscenter.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Daha əvvəl ABŞ prezidenti Donald Tramp İran qadın futbol komandasının bəzi üzvlərinin Avstraliya hakimiyyətindən sığınacaq üçün dəstək aldığını, komandanın bəzi üzvlərinin isə vətənə qayıtmaq istədiklərini bildirdiyini açıqlamışdı. Bundan əvvəl Amerika lideri Avstraliyanın sözügedən komandanın öldürüləcəyi ehtimal olunan İrana qayıtmağa məcbur edilməsinə icazə verməklə dəhşətli humanitar səhv etdiyini iddia etmişdi. Tramp ABŞ-ın idmançıları qəbul etməyə hazır olduğunu bildirmişdi.İranın qadınlardan ibarət milli komandası hazırda Avstraliyada keçirilən Asiya Kubokunda iştirakını başa vurub. Komanda qrup mərhələsindəki üç oyunda üç məğlubiyyət aldıqdan sonra turnirin pley-off mərhələsinə vəsiqə qazana bilməyib.Anar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
109
newscenter.az

1Источники