RU

Yaxın Şərq gərginliyi Ukraynaya silah tədarükünü risk altına salır KİV

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kiyevdə Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda Ukraynaya silah tədarükündə yarana biləcək problemlərlə bağlı narahatlıq var.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Yaxın Şərqdə silahlanmaya yüksək tələbat Ukraynada əsl panika yaradıb.

ABŞ Ukraynaya silah tədarükünü dayandırsa da ABŞ Prezidenti Donald Tramp avropalılara Vaşinqtondan böyük həcmdə hərbi texnika almağa və daha sonra onları Kiyevə göndərməyə icazə verib. Lakin jurnal yazır ki, hazırda ABŞ-nin özünün Patriot sistemləri üzrə ehtiyatlarını artırmağa ehtiyacı var.

Daha əvvəl məlum olub ki, Almaniya Ukrayna Silahlı Qüvvələrinin istifadəsi üçün Patriot zenit-raket komplekslərinə aid PAC-3 tutucu raketlərini göndərmək niyyətindədir. Ehtimala görə, Berlin Kiyevə 5 raket verəcək, digər Avropa ölkələri isə əlavə 30 raket tədarük edəcək. 

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
redaktor.az

2Источники