RU

Britaniya Şərqi Aralıq dənizinə hərbi gəmi göndərdi

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin "HMS Dragon" esminesi İngiltərənin Portsmut şəhərindən yola çıxaraq Britaniyanın Kiprdəki Akrotiri hərbi bazasının təhlükəsizliyini gücləndirmək üçün Şərqi Aralıq dənizinə doğru istiqamət götürüb.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kral Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilir.

Vurğulanır ki, silahlanmasında "Sea Viper" raket sistemi olan gəminin göndərilməsi Akrotiri bazası istiqamətində buraxılan PUA-larla daha effektiv mübarizə aparmağa imkan verəcək.

Избранный
40
1
moderator.az

2Источники