RU

Ağ Evdən İsrailə gözlənilməz "STOP" əmri: Tramp İranın neftini qorumağa çalışır

ABŞ və İsrailin İrana qarşı başlatdığı birgə hərbi əməliyyatların 10-cu günündə Vaşinqtonla Təl-Əviv arasında ilk ciddi fikir ayrılığı yaranıb.

Musavat.com xəbər verir ki, Donald Tramp administrasiyası İsrail rəhbərliyinə təcili xəbərdarlıq göndərərək, İranın enerji və neft infrastrukturuna zərbə vurmağı dərhal dayandırmağı tələb edib. "Axios" nəşrinin yüksək rütbəli mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev İsrailin Tehran yaxınlığındakı 30-a yaxın yanacaq anbarını hədəf almasından və bu hücumların geniş miqyasından ciddi narahatlıq keçirir. Vaşinqton hesab edir ki, bu cür zərbələr mülki əhaliyə zərər vurmaqla yanaşı, dünya bazarında neftin qiymətinin kəskin artmasına və İranın Fars körfəzindəki digər enerji obyektlərinə qarşı genişmiqyaslı qisas hücumlarına səbəb ola bilər. Trampın müşavirlərindən biri nəşrə açıqlamasında bildirib ki, Prezident neftin yanmasını deyil, qorunmasını istəyir, çünki o, müharibədən sonra İranın neft sektoru ilə Venesuela modelinə bənzər bir əməkdaşlıq qurmağı planlaşdırır.

Bundan əlavə, ABŞ rəsmiləri İsrailin mülki infrastrukturu hədəf almasının İran xalqını rejim ətrafında sıxlaşdıra biləcəyindən və strateji baxımdan əks-effekt verəcəyindən qorxurlar. Hazırda ABŞ ordusu İranın raket istehsalı obyektlərini sıradan çıxarmağa fokuslandığı halda, İsrailin enerji sektoruna yönəlik müstəqil addımları iki müttəfiq arasındakı hərbi koordinasiyanı sınağa çəkir.

 

Musavat.com

Избранный
97
musavat.com

1Источники