RU

"EXIM Bank" Azərbaycan bazarında fəaliyyətini genişləndirməyi planlaşdırır

Vaşinqton. Trend:

Amerika Birləşmiş Ştatlarının İxrac-İdxal Bankı Azərbaycanbazarında böyük uğurlar qazanıb və fəaliyyətini daha dagenişləndirməyi gözləyir.

Trend-in xüsusimüxbirinin məlumatına görə, bu barədə Amerika "EXIM Bank"ınvitse-prezidenti Benjamin Todd Vaşinqtonda ABŞ-Azərbaycan TicarətPalatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarət vəbiznes konfransında bildirib.

Onun sözlərinə görə, "EXIM Bank" həm uzunmüddətli layihələri,həm də qısamüddətli ticarət sövdələşmələrini maliyyələşdirə bilirvə hər iki istiqamətdə Azərbaycanda kifayət qədər aktivdir.

“Hazırda təxminən 630 milyon dollarlıq kredit öhdəliklərimiz varvə böyümə üçün əhəmiyyətli potensial görürük. Qlobal miqyasdabankın kredit öhdəlikləri təxminən 45 milyard dollar təşkil edir vətəxminən 135 milyard dollar həcmində kredit verməyə hazırıq. Ümidedirəm ki, bu məbləğ icmalın nəticələrindən asılı olaraq bu il dahada artacaq”, – deyə o bildirib.

Benjamin Todd qeyd edib ki, "EXIM Bank" müxtəlif iqtisadisahələrdə yeni imkanlar axtarmağa davam edir.

“Sədrimizin bankın gələcəyi ilə bağlı müəyyən etdiyi vizyon varvə o, Azərbaycanın da yaxşı mövqedə olduğu üç əsas sektora diqqətyetirir. Bunlardan biri enerji sektorunda liderlik və karbohidrogensahəsinə dəstəkdir. Biz enerji sənayesinin mərkəzində olmaq vəvacib minerallar da daxil olmaqla etibarlı təchizat zəncirlərinintəmin olunmasına töhfə vermək istəyirik”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, bank vacib minerallar sahəsində dəstəkimkanlarını və çevikliyini əhəmiyyətli dərəcədə genişləndirib.

“Növbəti istiqamətlər isə sənaye sahəsi, ilk növbədə süniintellekt, eləcə də kosmik və digər yüksək texnologiyalı ixracdır”,– deyə Benjamin Todd əlavə edib.

Избранный
115
az.trend.az

1Источники