RU

Daha iki idmançı Avstraliyada sığınacaq istəyib

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Avstraliyada Asiya Kubokunda iştirak edən İranın qadınlardan ibarət milli futbol komandasının daha iki üzvü həmin ölkədə sığınacaq istəyib.

Reyting.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, daha bir oyunçu və məşqçilər heyətinin bir üzvü İrana qayıtmaqdan imtina edib. Qalan oyunçular isə vətənlərinə qayıdırlar.

Xatırladaq ki, daha əvvəl Avstraliyanın daxili işlər naziri Toni Börk komanda kapitanı Zəhra Qənbəri də daxil olmaqla beş oyunçuya sığınacaq verildiyini açıqlamışdı. Onlar turnir zamanı komandanın qaldığı oteldən hökumətin mühafizəsi altında təhlükəsiz yerə aparılıblar. Börk qeyd edib ki, sığınacaq təklifi qalan komanda üzvləri üçün açıqdır.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
96
reyting.az

1Источники