RU

İsfahanda hücum nəticəsində Rusiyanın baş konsulluğu zərər görüb

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İranın İsfahan şəhərində həyata keçirilən hava zərbəsi zamanı qubernatorluq binası ilə yanaşı yaxınlıqdakı Rusiyanın baş konsulluğunun binasına da ziyan dəyib...

Poliqon xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Onun sözlərinə görə, İranın İsfahan şəhərində yerləşən Rusiyanın baş konsulluğunun binası yaxınlıqda yerləşən İsfahan vilayətinin qubernator administrasiyasına qarşı həyata keçirilmiş hücum nəticəsində zərər görüb.

Diplomat bildirib ki, hadisə martın 8-də baş verib. Hücum zamanı partlayış dalğası konsulluq binasına təsir göstərib və nəticədə həm inzibati binada, həm də əməkdaşların yaşadığı mənzillərdə şüşələr qırılıb.

Mariya Zaxarovanın sözlərinə görə, partlayış dalğası bir neçə əməkdaşı kənara atsa da, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Moskva Yaxın Şərqdəki münaqişədə iştirak edən bütün tərəflərdən diplomatik obyektlərin toxunulmazlığına ciddi şəkildə riayət etməyi tələb edir. Onun sözlərinə görə, diplomatik nümayəndəliklərə qarşı hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulması hesab olunur.

Rusiya tərəfi qeyd edib ki, diplomatik missiyaların təhlükəsizliyi beynəlxalq münasibətlər sisteminin fundamental prinsiplərindən biridir və belə obyektlərə qarşı istənilən hücum qəbuledilməzdir.

Poliqon.info

Избранный
98
poliqon.info

1Источники