RU

Azərbaycan güləşçiləri 1 günə 5 medal qazandılar

style='margin-bottom:10px;'>

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçirilir.

QOL.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın beş təmsilçisi medal qazanmağı bacarıb.

Vasif Bağırov (57 kq) finalda rusiyalı Alanday Ondara məğlub olaraq, Səbuhi Əmiraslanov (79 kq) finalda İsmail Xanıyevə uduzaraq, gümüş medala sahib çıxıb.

Musa Ağayev (65 kq) ermənistanlı rəqibi Arman Musikyanı məğlub edərək bürünc medal qazanıb. Ramik Heybətov (70 kq) ukraynalı Mikita Sariyevə qalib gələrək, Zəfər Əliyev (97 kq) isə türkiyəli Emirhan Kılıcı yenərək bürünc medal əldə edib.

Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Избранный
47
1
teleqraf.com

10Источники