RU

Hörmüzdə mina qoyanlara ölüm xəbərdarlığı – Tramp danışdı

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında mümkün mina təhlükəsi ilə bağlı sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşdığı mesajda boğazı minalamağa cəhd edən hər hansı qayıq və ya gəminin dərhal məhv ediləcəyini bildirib.

Onun sözlərinə görə, ABŞ bu cür addımların qarşısını almaq üçün xüsusi texnologiya və raket imkanlarından istifadə edəcək.

“Biz narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni texnologiya və raket imkanlarından istifadə edərək Hörmüz boğazını minalamağa çalışan hər hansı qayıq və ya gəmini birdəfəlik məhv edəcəyik. Onlarla tez və sərt şəkildə hesablaşılacaq. Ehtiyatlı olun!” – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, son günlər ABŞ və İran arasında artan gərginlik fonunda Hörmüz boğazı yenidən qlobal diqqət mərkəzinə çevrilib. Bu strateji su yolu dünya neft ticarətinin böyük hissəsinin keçdiyi əsas marşrutlardan biri hesab olunur və burada baş verən hər hansı gərginlik qlobal enerji bazarına ciddi təsir göstərə bilər.

 

Musavat.com

Избранный
50
3
musavat.com

4Источники