RU

Avropa çempionatına 5 medalla start

Apasport portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın 2-ci günündə sərbəst güləş üzrə 5 çəkidə medalçılar müəyyənləşib.

Vasif Bağırov (57 kq) finalda rusiyalı Ayanday Ondarla qarşılaşıb. Görüşə yaxşı başlayan güləşçimiz 3:0 hesablı üstünlük əldə etsə də, sona doğru təşəbbüsü əldən verib – 3:7. Nəticədə gümüş medalla kifayətlənib.

Musa Ağayevin (65 kq) ermənistanlı Arman Musikyanla görüşü dramatik alınıb. Sonuncu dəqiqəyədək 0:4 hesabıyla geridə olan həmyerlimiz əsl əzmkarlıq nümayiş etdirərək yekunda 6:4 hesablı qələbəyə sevinib. Bununla da bürünc medalı boynundan asıb.

Ramik Heybətov (70 kq) təsəlliverici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 6:2. Bürünc medal uğrunda qarşılaşmada Ukraynalı Mikita Sariyevə şans tanımayan (10:0) Heybətov fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Səbuhi Əmiraslanov (79 kq) finalda rusiyalı İsmayıl Xaniyevlə bacarmayıb – 0:11. Belədə Avropa çempionatını 2-ci pillədə başa vurub.

Zəfər Əliyev (97 kq) üçüncü yer uğrunda türkiyəli Emirhan Kılıçla gücünü sınayıb. Görüşə yaxşı başlamayan milli üzvü 0:9 hesabıyla geri düşsə də, mübarizəni sonadək davam etdirib. Əsl xarakter nümayiş etdirən Əliyev 19:9 hesablı qələbəylə bürünc medala sahib çıxıb.

Beləliklə, millimiz qitə birinciliyinə 2 gümüş və 3 bürünc medalla start verib.

Millimiz reytinq turnirinin qalibi olub

Güləşçimiz beynəlxalq turnirdə bürünc medal qazanıb

Güləşçilərimiz Albaniyada final və üçüncü yer uğrunda görüşlərdə çıxış edəcəklər

Güləş üzrə ölkə çempionatı Qazaxda keçiriləcək - İLK DƏFƏ

Azərbaycan güləşçiləri “Muhamet Malo” turnirində çıxış edəcəklər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
2
apasport.az

5Источники