
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
AFN.az xəbər verir ki, ilk oyun günündə "Qalatasaray" "Liverpul"u sınağa çəkib. Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Mario Leminanın 7-ci dəqiqədə vurduğu qolla İstanbul təmsilçisi rəqibini minimal hesabla məğlub edib - 1:0.
Görüşün ilk dəqiqələrindən üstünlüyü ələ alan "sarı-qırmızılılar" erkən qolla azarkeşlərini sevindiriblər. Oyunun qalan hissəsində "Liverpul"un çoxsaylı hücumlarına baxmayaraq, İstanbul klubunun müdafiə xətti və qapıçısı inamlı oyunu ilə qapını toxunulmaz saxlayıb.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 18-də İngiltərədə, "Enfild" stadionunda keçiriləcək. "Qalatasaray" növbəti mərhələyə yüksəlmək üçün ciddi üstünlük əldə edib.