RU

Dövlət Komitəsinin sədri Nyu-Yorkda azərbaycanlı qadın sahibkarlarla görüşüb

Nyu-Yorkda fəaliyyət göstərən Türk Evində Türkiyə və Azərbaycan qadın sahibkarlarının iştirakı ilə "Könül birliyindən güc birliyinə: Türk dünyası arasında sahibkarlıq ekosistemi" mövzusunda tədbir keçirilib.

"Far.Az"un ABŞ bürosu xəbər verir ki, tədbir Türkiyə Böyük Millət Məclisinin Gender Bərabərliyi Komissiyasının təşkilatçılığı ilə baş tutub.

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbirdə çıxış edərək bildirib ki, qadın sahibkarları bir araya gətirən bu platforma iqtisadi əməkdaşlığın genişlənməsinə və ortaq dəyərlərin möhkəmlənməsinə xidmət edir. O qeyd edib ki, türk dünyası ölkələri ortaq tarix və mədəni irsə əsaslanaraq iqtisadi əməkdaşlığı daha da inkişaf etdirə bilər.

B. Muradova vurğulayıb ki, qlobal iqtisadiyyatda baş verən transformasiya, yaşıl iqtisadiyyat, rəqəmsal inkişaf və innovasiyalar yeni imkanlar yaradır və qadın sahibkarlar inklüziv iqtisadi artımın mühüm amilidir. Onun sözlərinə görə, qadınların iqtisadi fəaliyyətə daha geniş cəlb olunması ümumi daxili məhsulun artmasına və məşğulluğun genişlənməsinə töhfə verir.

Komitə sədri Azərbaycanda da qadın sahibkarlığının inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib və Türkiyənin bu sahədəki təcrübəsinin faydalı olduğunu bildirib.

Tədbir çərçivəsində Bahar Muradova ABŞ-də fəaliyyət göstərən azərbaycanlı qadın sahibkarlarla görüşərək onların fəaliyyəti ilə maraqlanıb və fikir mübadiləsi aparıb.

Избранный
90
far.az

1Источники