“Bloody Elbow” portalı irlandiyalı döyüşçünün bu sözlərinə yer verib:
“Beləliklə, UFC rəhbərliyi ilə növbəti döyüşümlə bağlı danışıq aparıram. Ya UFC-nin Ağ Evdə keçirəcəyi turnirdə dönəcəm, ya da başqa turnirdə. Nə vaxtsa yayda Makqreqorqayıdacaq”.
37 yaşlı döyüşçü sonuncu dəfə oktaqona 2021-ci ilin iyulunda keçirilən UFC 264 turnirində çıxıb. O, Dastin Porye ilə döyüşün elə ilk raundunda texniki nokautla uduzub.
Konorun xatırlatdığı turnir isə iyunun 14-də Vaşinqtonda – Ağ Evin çəmənliyində keçiriləcək. Həmin turnir ABŞ-nin müstəqilliyinin 250 illiyinə və prezident Donald Trampın doğum gününə həsr olunacaq.