RU

Konor yenə oktaqona dönəcəyini iddia edir

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

İki çəki dərəcəsində sabiq UFC çempionu Konnor Makqreqor artıq bu yay oktaqona dönəcəyini elan edib. “Bloody Elbow” portalı irlandiyalı döyüşçünün bu sözlərinə yer verib:

“Beləliklə, UFC rəhbərliyi ilə növbəti döyüşümlə bağlı danışıq aparıram. Ya UFC-nin Ağ Evdə keçirəcəyi turnirdə dönəcəm, ya da başqa turnirdə. Nə vaxtsa yayda Makqreqor qayıdacaq”.

37 yaşlı döyüşçü sonuncu dəfə oktaqona 2021-ci ilin iyulunda keçirilən UFC 264 turnirində çıxıb. O, Dastin Porye ilə döyüşün elə ilk raundunda texniki nokautla uduzub. Konorun xatırlatdığı turnir isə iyunun 14-də Vaşinqtonda – Ağ Evin çəmənliyində keçiriləcək. Həmin turnir ABŞ-nin müstəqilliyinin 250 illiyinə və prezident Donald Trampın doğum gününə həsr olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
1
icma.az

2Источники