RU

Ermənilər yüzlərlə yaşayış məntəqəsinin adını dəyişdirib və ləğv ediblər

ain.az bildirir, Oxu.az portalına istinadən.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar toponimi haqqında söz açılır.

Ermənilər yüzlərlə yaşayış məntəqəsinin adını dəyişdirib və ləğv ediblər

Bildirilir ki, ermənilər havadarlarının dəstəyi ilə Azərbaycanın tarixi coğrafi ərazilərini mənimsəməklə özlərinə monoetnik dövlət qurublar və məhz bunun sayəsində azərbaycanlıların qədimdən yaşadığı yüzlərlə yaşayış məntəqəsinin adı dəyişdirilib və ləğv edilib.

Bığlı Hüseyn Saraclı - Göyçə mahalında, Sevan rayonu ərazisində kənd olub. Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da göstərilir. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilib və vəhşicəsinə qovulublar. İndiki Ermənistanda 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri geri dönüblər. Lakin 1923-1925-ci illərdə azərbaycanlılar yenidən çıxarılıb, kənd ləğv edilib və xarabalığa çevrilib.

Boğazkəsən - Şörəyel mahalının Ağin, sonralar Ani adlandırılan rayonda kənd adıdır. Adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. XIX əsrin əvvəllərində kəndin sakinləri olan azərbaycanlılar qovulub, Türkiyə və İrandan köçürülən ermənilər burada yerləşdiriliblər. 1935-ci ildə adı dəyişdirilib Dzorakap qoyulub.

Boğazkəsən yolu - Loru mahalının Vorontsovka, sonralar Kalinino adlandırılan rayonun Cücəkənd kəndində mikrotoponimdir.

Boğakar - Loru mahalının Allahverdi, sonralar Tumanyan adlandırılan rayonda qışlaq adıdır. 1930-cu ilin ortalarında ləğv edilib.

Sonda vurğulanır ki, ermənilər oğuz türklərinə məxsus yer-yurd adlarının yadlaşdırılması planının gerçəkləşməsi üçün uydurma və bəhanələrə əl atıblar: "Lakin tarixi gerçəklik çirkin əməllər, toponim cinayətləri törədənləri, xalqların milli-mənəvi abidələrini məhv edənləri lənətləməklə yanaşı, saxtakarlıqla məşğul olan hayların riyakarlığını və çirkin xislətini bir daha üzə çıxarır".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
112
oxu.az

1Источники