RU

“Atletiko”dan "Tottenhem" üzərində böyükhesablı qələbə

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/8 final mərhələsinin ilk oyununda Madrid “Atletiko”su (İspaniya) ilə Londonun “Tottenhem Hotspur” klubu (İngiltərə) üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma İspaniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyun Madrid şəhərində yerləşən “Civitas Metropolitano” stadionunda keçirilib. Matçın baş hakimi Niderlandın Haarlem şəhərindən olan Serdar Gözüböyük olub.

Görüşdə hesab 6-cı dəqiqədə açılıb. Markos Llorente fərqlənərək “Atletiko”nu hesabda önə keçirib. 14-cü dəqiqədə Antuan Qrizmann madridlilərin üstünlüyünü artırıb. Cəmi bir dəqiqə sonra – 15-ci dəqiqədə Xulian Alvares üçüncü qolu vurub. 22-ci dəqiqədə isə Robin Le Norman meydan sahiblərinin dördüncü qoluna imza atıb.

26-cı dəqiqədə Pedro Porro qonaqların ilk qolunu vuraraq hesab arasındakı fərqi azaldıb. Oyunun 55-ci dəqiqəsində Xulian Alvares dublunu rəsmiləşdirib. Qarşılaşmada son nöqtəni isə 76-cı dəqiqədə Dominik Solanke qoyub.

Komandalar arasında cavab qarşılaşması martın 18-də Londonda yerləşən “Tottenhem Hotspur” stadionunda keçiriləcək.

Qeyd edək ki, “Atletiko” 1/8 finala gedən yolda pley-off mərhələsində Belçikanın “Brügge” klubunu iki oyunun nəticəsinə əsasən 7:4 hesabı ilə məğlub edib. “Tottenhem” isə Liqanın ümumi mərhələsini 17 xalla dördüncü pillədə başa vuraraq birbaşa 1/8 finala vəsiqə qazanıb.

Избранный
101
90deqiqe.az

1Источники