RU

ABŞ və Ermənistan dinc nüvə üzrə saziş imzalamağa hazırdır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Tomas Dinanno ilə görüşüb, tərəflər dinc nüvə sahəsində əməkdaşlıq haqqında saziş imzalamağa hazır olduqlarını vurğulayıblar.

"Report" xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, həmsöhbətlər müxtəlif istiqamətlərdə Ermənistan-ABŞ strateji tərəfdaşlığının dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

"Ararat Mirzoyan və Tomas Dinanno Ermənistan və ABŞ hökumətləri arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq haqqında saziş üzrə danışıqların başa çatmasını məmnunluqla qeyd edərək sazişi müvafiq formatda imzalamağa və bu sahədə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını vurğulayıblar", - Ermənistanın xarici siyasət idarəsindən bildirilib.

Tərəflər həmçinin regional infrastruktur layihələrini müzakirə ediblər, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
27
1
far.az

2Источники