RU

Əraqçi ABŞ-yə qarşı preventiv zərbə planı barədə iddiaları təkzib etdi

BAKI, 11 mart. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın ABŞ-a qarşı preventiv zərbə endirməyi planlaşdırdığı barədə yayılan iddiaları təkzib edib.

Teleqraf xəbər verir ki, Əraqçi bildirib ki, İranın ABŞ-yə və ya Amerika hərbi qüvvələrinə qarşı istər preventiv, istərsə də qabaqlayıcı hücum hazırladığı barədə iddialar tamamilə yalandır.

“İranın ABŞ-yə və ya Amerika qoşunlarına hücum planlaşdırdığı barədə iddia istər preventiv, istərsə də qabaqlayıcı olsun tamamilə yalandır. Bu yalanın yeganə məqsədi “Epik səhv” əməliyyatına haqq qazandırmaqdır”, - deyə o, "X" sosial şəbəkəsində yazıb.

Nazirin sözlərinə görə, sözügedən əməliyyat İsrail tərəfindən təşkil olunmuş və onun xərcləri adi amerikalı vətəndaşlar tərəfindən ödənilib.

Избранный
90
teleqraf.com

1Источники