RU

İran raketlərinin zərbəsindən sonra Təl-Əvivdə elektrik qismən kəsilib

BAKI, 11 mart. TELEQRAF

İran raketlərinin zərbələrindən sonra İsrailin Təl-Əviv şəhərinin bəzi ərazilərində elektrik enerjisi qismən kəsilib.

Teleqraf xəbər verir ki, bu barədə İranın IRIB agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, bu barədə IRIB agentliyinin “Telegram” kanalında məlumat dərc olunub.

“İran raketlərinin obyektlərə düşməsi nəticəsində Təl-Əvivin bəzi rayonlarında elektrik təchizatı dayandırılıb”, - deyə məlumatda bildirilib.

Bundan əvvəl İsrail ordusu İran tərəfindən növbəti raket atəşindən sonra onların ələ keçirilməsi əməliyyatına başlanıldığını açıqlamışdı.

Избранный
58
1
teleqraf.com

2Источники