RU

Tramp bu xəbərdən sonra İranı hədələdi

ABŞ Prezidenti Donald İranın Hörmüz boğazını minalaması ehtimalı ilə bağlı Tehrana sərt xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O bildirib ki, əgər İran boğazı minalayıbsa, ABŞ bu minaların dərhal təmizlənməsini tələb edir, əks halda Tehran "görünməmiş hərbi nəticələrlə" üzləşəcək.

"Əgər onlar yerləşdirə biləcəkləri hər şeyi oradan uzaqlaşdırsalar, bu, doğru istiqamətdə atılmış nəhəng bir addım olar", -Tramp qeyd edib.

O həmçinin əlavə edib ki, minalama işləri ilə məşğul olan istənilən gəmi "sürətli və amansız" şəkildə məhv ediləcək.

Избранный
143
publika.az

1Источники