Bakı.Trend:
Martın 11-də Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində110/35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 110 kV-luqhava xəttində təmir işləri aparılacaq.
Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASCməlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dəkCəlilabadın Alar, Günəşli, Sabirabad, Biləsuvarın Amankənd, Muğankəndlərində elektrik enerjisinin verilişində məhdudiyyətyaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər dahakeyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.