İran "Gerçək vəd - 4" əməliyyatının 37-ci mərhələsi çərçivəsində ABŞ-nin Ərbildəki bazasına, Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci donanmasının bazasına və Təl-Əviv ətrafına zərbələr endirir.
"Report"un IRIB-ə istinadən məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.
Kombinə edilmiş zərbələr "Qadr", "Xeybər Şekan" və "Xürrəmşəhr" raketlərinin tətbiqi ilə endirilir. Raket hücumunun ən azı üç saat davam edəcəyi gözlənilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İranın ən böyük şəhərləri, o cümlədən Tehran zərbələrə məruz qalıb. Ağ Evdə hücumu Tehrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıblar. SEPAH İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı başlatdığını açıqlayıb. ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb. İrana endirilən zərbələr nəticəsində ali dini lider ayətullah Əli Xamenei öldürülüb.