RU

ICE birjasında Brent markalı neftin qiyməti ucuzlaşıb

ICE birjasında Brent markalı neftin qiyməti ucuzlaşıb

Londonun ICE birjasında 2026-cı ilin may ayında çatdırılma üçün Brent markalı neftin fyuçers qiyməti 1,2%-dən çox aşağı düşüb.

AFN.az ticarət məlumatlarına əsasən xəbər verir ki, Bakı vaxtı ilə saat 04:27-də Brent neftinin qiyməti 1,23% azalaraq bir barel üçün 86,72 dollara enib. Lakin saat 05:10 radələrində qiymətlər yenidən artıma keçərək 1,42% bahalaşıb və bir barel üçün 89,05 dollara yüksəlib.

Qiymətlərdəki bu dalğalanma Beynəlxalq Enerji Agentliyinin (BEA) Yaxın Şərqdəki münaqişə səbəbindən bazarı sabitləşdirmək üçün tarixin ən böyük neft ehtiyatını dövriyyəyə buraxmaq təklifindən sonra baş verir.

"The Wall Street Journal"ın məlumatına görə, təklif olunan həcm agentliyin 2022-ci ildə istifadəyə verdiyi 182 milyon barellik rekordu üstələyir. Bu məsələ ilə bağlı yekun qərarın çərşənbə günü verilməsi gözlənilir. Qərarın qəbul edilməsi üçün agentliyin 32 üzv ölkəsinin heç birinin buna etiraz etməməsi tələb olunur.

Analitiklər hesab edirlər ki, BEA-nın bu addımı tədarük zəncirindəki qırılmaları kompensasiya etmək məqsədi daşısa da, regiondakı hərbi risklər qiymətləri yuxarı itələməyə davam edir.

Избранный
43
afn.az

1Источники