RU

Qum şəhərinə yenidən zərbə endirildi

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın şimalında yerləşən Qum şəhərinin ətrafı münaqişə başlayandan bəri ikinci dəfə raket hücumuna məruz qalıb.

Moderator.az xəbər verir ki, məlumatı Tasnim xəbər agentliyi yayıb.

Qum əyalətin təhlükəsizlik departamentinin sözçüsü agentliyə bildirib ki,"Qum şəhərinin ətrafında ən azı üç hədəf raket hücumuna məruz qalıb. Mümkün ziyan və ya itki barədə heç bir məlumat yoxdur.

Qum şəhəri dini təhsil və İran rejiminin ideologiya mərkəzi sayılır. İran Ali dini liderini seçmək səlahiyyətinə malik ekspertlər şurasının qərargahı da bu şəhərdədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
2
moderator.az

10Источники