RU

KİV: ABŞ ədliyyə naziri təhdidlərə görə hərbi bazaya köçüb

KİV: ABŞ ədliyyə naziri təhdidlərə görə hərbi bazaya köçüb

ABŞ-ın baş prokuroru (Ədliyyə naziri) Pem Bondi ünvanına gələn təhdidlərin kəskin artması səbəbindən Vaşinqton yaxınlığındakı hərbi bazaların birinə köçüb.

AFN.az "The New York Times" qəzetinə istinadən xəbər verir ki, Bondi təhlükəsizlik orqanlarının xəbərdarlığından sonra fevral ayında paytaxtdakı mənzilini tərk edib.

Məlumata görə, naziri təhdid edənlər arasında narkokartel üzvləri və Ceffri Epşteyn işi ilə bağlı administrasiyanın addımlarından narazı olan qruplar var. Təhdidlərin xüsusilə yanvar ayında ABŞ-ın Karakasda həyata keçirdiyi əməliyyatla Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilib ölkəyə gətirilməsindən sonra artdığı bildirilir.

Qeyd edək ki, Pem Bondi təhlükəsizlik mülahizələrinə görə hərbi bazalara sığınan yeganə yüksək rütbəli rəsmi deyil. Daha əvvəl Dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset və ordu naziri Daniel Driskollun da bənzər səbəblərdən hərbi şəhərciklərdə yaşamağa başladıqları barədə məlumatlar yayılmışdı.

Избранный
65
afn.az

1Источники