Bu gün Cəlilabad və Biləsuvar rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 110 kV-luq hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 12:00-dək Cəlilabadın Alar, Günəşli, Sabirabad, Biləsuvarın Amankənd, Muğan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта