RU

Azərbaycanda universitet "Məzun günü" tədbirinin keçirilməsi üçün - TENDER

"BDU – “Məzun Günü” tədbirinin təşkili üçün tender elan etdi

"Bakı Dövlət Universiteti" Publik Hüquqi Şəxsi (VÖEN – 1300489621) açıq tender elan edir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Bakı Dövlət Universiteti tərəfindən 2025/2026-cı tədris ili üzrə “Məzun Günü” tədbirinin təşkili və keçirilməsilə bağlı malların (iş və xidmətlərin) satın alınmasıdır. Ehtimal olunan qiymət 235 481 manat təşkil edir.

Təkliflərin son təqdim olunma vaxtı 13 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.

İştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manat təşkil edir.

Əlaqələndirici şəxs: Nailə Əsgərli - şöbə müdiri
[email protected]
+994 12 539 15 36

İddiaçıların tələb olunan sayı: 3

İddiaçılar təkliflərini 13 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küç. 33 ünvanına təqdim edə bilərlər.

 

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

1

Bannerlər (50mx2m)

Təsdiq olunmuş dizayn əsasında tədbir ərazisinin öncədən müəyyən olunmuş hissələrində quraşdırılacaq və tədbirdən sonra demontaj olunmalıdır. Banner tam rəngli və keyfiyyətli çap olunmalıdır.

100

m(2)

2

Səs sistemi, ekran və işıq avadanlığı

Əsas ekran 12x6.42 m (p9 resolution 1920x1080) ölçüdə, yan ekranlar 3x5 m olmaqla (ümumi 3 ədəd ekran) səhnədə quraşdırılacaq. Tədbirin rəsmi, bədii hissəsi və DJ çıxışı nəzərə alınaraq 3 növdə peşəkar səs avadanlığı təmin olunmalıdır. Səs avadanlıq: Digital mixer: Soundcraft si 3 expression 32 channel – 1 pieces Soundcraft si 1 expression 16 channel – 1 pieces Wireless Microphones: Sennheiser ew g4 – 8 pieces Microphones stand – 1 pieces Speakers PA line: Speakers – 16 pieces Amplifier CROWN – 16 pieces Avadanlıqda müğənnilərin “rider”ləri nəzərə alınacaq. İşıqlandırma: Tədbir zalı və səhnənin ayrılıqda fəqrli növlərdə işıq sistemi ilə təchiz olunacaq. İşıq avadanlığı: BEAM Robe megapointe – 30 pieces SPOT Robe BMFL – 30 pieces Truss – 120 metr Light mixer Avolites Arena – 1 pieces Hazer machine – 1 pieces Winches - Chain master (D8+) - 14 pieces

1

ədəd

3

Foto zona dekoru

Məzun günü konsepsiyasına uyğun dizayn olunmalıdır. Dizayn təsdiqləndikdən sonra tədbir ərazisinin öncədən müəyyən olunmuş hissəsində quraşdırılmalı və tədbirdən sonra demontaj olunmalıdır. Tələbələrin fərdi və qrup olaraq şəkil çəkdirə bilməsi üçün BDU-nun brendinqinə uyğun xüsusi çərçivələr hazırlanmalıdır. Foto zona ərazisində yerləşdirilməlidir.

3

ədəd

4

Şou-proqram

Tədbirin bədii hissəsində iştirak üçün tanınmış aparıcı və müğənnilər dəvət olunmalı; Şou-proqram müddətində tələbələr üçün maraqlı, hədiyyəli oyunlar keçirilməldir.

1

ədəd

5

Atəşfəşanlıq

Tədbirin sonunda zalda şəlalə şəkilli atəşfəşanlıq təşkil olunmalıdır. Şou zamanı 1800 ədəd salyutdan istifadə olunmalıdır. (3 dəqiqə)

1.800

ədəd

6

Şarlar

Brendinq rənglərində bütün məkanı əhatə edəcək 4000 ədəd şar torda toplanılmalı və tədbirin sonunda aşağı doğru buraxılmalıdır.

4.000

ədəd

7

Foto çəkiliş

3 fotoqrafın və köməkçilərinin (ən azı 2 nəfər) iştirakı ilə ən son texniki avadanlıqlardan və işıqlandırmadan istifadə olunaraq foto çəkiliş həyata keçirilməli; Proqramın əvvəlindən sonuna qədər foto çəkiliş təmin olunmalıdır. Tədbirdən sonra foto hesabat təqdim olunmalıdır.

1

ədəd

8

Video çəkiliş

1 dron və 2 videoqraf vasitəsilə 5 saat müddətində bütün tədbir lentə alınmalı; Görüntülər montajlı və montajsız şəkildə təqdim olunmalıdır.

1

ədəd

9

Tədbirin menecmenti

Xüsusi idarəetmə komandası tədbirin proqramını və ssenarisini hazırlamalıdır.Tədbir zamanı bütün təşkilatı məsələlər icra olunmalıdır. Qonaqların qarşılanması, qeydiyyatı, qolbaqların təqdim olunması idarəetmə komandası tərəfindən həyata keçirilməlidir. Tədbirdə təmizlik, qeydiyyat, qidalanmaya aid bütün məsələlər təşkilatçı şirkətin idarəetmə komandası tərəfindən idarə olunmalıdır.

1

ədəd

10

Şokoladlı qəlyanaltı pastası

zefir ilə, 28 qr

6.000

ədəd

11

Kruassan

cem ilə (midi), 65 qr

6.000

ədəd

12

Peçenye

Kakaolu qranulla örtülmüş, marmelad ilə, 112 qr

6.000

ədəd

13

Biskivit

Kakaolu qranulla örtülmüş, zefir ilə - 18 qr

6.000

ədəd

14

Mineral su

0,5 litr, qazsız

6.000

ədəd

Избранный
88
fed.az

1Источники