RU

BYD “Formula 1”ə qoşulacaq?

Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Çinin “BYD” şirkəti “Formula 1” yarışlarında iştirak imkanını nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
 

Məlumata görə, “Formula 1”də iştirak Çin avtomobil istehsalçılarının qlobal səviyyədə cəlbediciliyini artırmağın mümkün yollarından biri kimi qiymətləndirilir. Şirkət yeni yarış komandası yaratmağı və ya mövcud komandalardan birini satın almağı düşünür.


“Bloomberg” qeyd edir ki, ümumilikdə Çin avtomobil istehsalçıları motorsport yarışlarına nadir hallarda maraq göstərirlər.

Mənbələrin məlumatına görə, yüksək xərclər “BYD” üçün əsas maneələrdən biri ola bilər. Belə ki, yarış avtomobilinin hazırlanması və mövsüm ərzində iştirak xərcləri 500 milyon dollara qədər çata bilər və yarışın təşkilatçıları ilə danışıqlar da uzun müddət davam edir.

Bizim.Media

Избранный
47
1
bizim.media

5Источники