ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran İsrail və ABŞ hədəflərinə qarşı genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası Islamic Republic of Iran Broadcasting (IRIB) məlumat yayıb.
Məlumata görə, zərbələr İranın həyata keçirdiyi “Əsl Vəd IV” əməliyyatının 37-ci dalğası çərçivəsində endirilib. Bildirilir ki, bölgənin bombalanması ən azı üç saat davam edib və bu, münaqişənin kəskinləşməsindən bəri ən böyük hücumlardan biri olub.
Telekanalın məlumatına əsasən, Tehran hücum zamanı “Xorrəmşəhr” tipli super ağır raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edib. Hədəflər arasında Tel-Əviv yaxınlığında yerləşən peyk rabitə mərkəzi, həmçinin Haifa və Jerusalem şəhərlərindəki hərbi obyektlərin olduğu bildirilib.
Aminə ŞAHSUVARQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.