RU

Bu ölkələr Üçüncü Dünya müharibəsinə hazırdır, biz yox Zelenski

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski dünyanın potensial Üçüncü Dünya müharibəsinə hazır olmadığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, irlandiyalı jurnalist Kelin Robertsona müsahibəsində danışıb.

“Texniki cəhətdən Avropa kifayət qədər hazır deyil, yalnız bəzi ölkələrlə bağlı vəziyyət fərqlidir. Məsələn, Skandinaviya ölkələri texnoloji cəhətdən çox inkişaf ediblər. Yəni Şimali Avropanı nəzərdə tuturam, onlar hazırdırlar”, – deyə Zelenski deyib.

O əlavə edib ki, Almaniyanın hazırkı durumu böyük müharibə üçün qeyri-kafidir.

Siyasətçi həmçinin bildirib ki, hazırda Ukrayna quru döyüşlərində təcrübəyə malikdir.

Zelenskinin sözlərinə görə, ölkə buna çoxsaylı insan itkiləri bahasına nail olub.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
57
globalinfo.az

1Источники