RU

Böyük həcmdə neft ehtiyatları sərbəst buraxıla bilər BEA dan GÖZLƏNİLMƏZ TƏKLİF

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Beynəlxalq Enerji Agentliyi (BEA) Yaxın Şərqdəki gərginlik fonunda qiymət artımlarının qarşısını almaq üçün öz tarixində ən böyük həcmdə neft ehtiyatlarını sərbəst buraxmağı təklif edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) özəl mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazıb ki, BEA-nın strateji ehtiyatlarından bazara 182 milyon bareldən çox neft buraxıla bilər. Bu həcmdə ehtiyat 2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlamasından sonra istifadə edilib.

Bu təşəbbüs martın 10-da agentliyə üzv olan 32 ölkənin nümayəndələrinin təcili iclasında müzakirə olunub. Orada Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda qlobal neft bazarının sabitləşdirilməsi tədbirləri müzakirə olunub.

Yekun qərarın martın 11-də verilməsi gözlənilir. Təklifin təsdiqlənməsi üçün bütün agentliyə üzv ölkələrin yekdil dəstəyi tələb olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
83
oxu.az

1Источники