RU

Azərbaycanda bir gündə 58 cinayətin üstü açılıb, 162 axtarışda olan şəxs saxlanılıb

Martın 10-da Azərbaycanda 58 cinayətin açılması, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin üstünün açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, axtarışda olan ümumilikdə 162 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Hesabat dövründə polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 33 fakt, həmçinin qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi ilə bağlı 25 fakt müəyyən edilib.

Bildirilib ki, müxtəlif cinayət əməllərini törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

DİN qeyd edir ki, ölkə ərazisində ictimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizə istiqamətində tədbirlər davam etdirilir.

Gülnar 

Избранный
42
49
anews.az

10Источники