RU

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 17 ci tura start veriləcək

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 17-ci tura start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.

“DH Volley” komandası səfərdə UNEC ilə üz-üzə gələcək, “Gəncə” isə “Milli Aviasiya Akademiyası”nın meydanında mübarizə aparacaq. Hər iki qarşılaşma saat 17:00-da başlayacaq.

Görüşlər müvafiq olaraq UNEC və “Milli Aviasiya Akademiyası”nın idman zalında təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında 17-ci tura martın 12-də yekun vurulacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
88
1
icma.az

2Источники