RU

EIA qlobal maye karbohidrogenlərin hasilatı üzrə proqnozlarını yeniləyib

Bakı. Trend:

Qlobal neft və digər maye karbohidrogenlərin hasilatının 2026-cıildə gündəlik 0,73 milyon barel artaraq 106,31 milyon bareldən107,04 milyon barelə çatacaq.

Trend xəbərverir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyaAdministrasiyası (EIA) "Qısamüddətli enerji perspektivi" adlıhesabatının mart ayı üzrə açıqladığı məlumatında qeyd edilib.

Əvvəlki hesabatda isə hasilatın gündəlik 1,56 milyon barelartacağı və 106,29 milyon bareldən 107,85 milyon barelə yüksələcəyiproqnozlaşdırılırdı. Beləliklə, hasilat artım tempi üzrə proqnoziki dəfədən çox azaldılıb.

Rüblər üzrə qurumun hasilat proqnozuna nəzər saldıqda, 2026-cıilin birinci rübündə qlobal neft və digər maye karbohidrogenlərinhasilatının gündəlik 105,14 milyon barel, ikinci rübdə gündəlik105,78 milyon barel, üçüncü rübdə gündəlik 108,25 milyon barel,dördüncü rübdə isə gündəlik 108,92 milyon barel olacağıproqnozlaşdırılır.

Bununla yanaşı, 2027-ci il üçün proqnoz əhəmiyyətli dərəcədəartırılıb — gündəlik artım gözləntisi 0,9 milyon bareldən 2,57milyon barelə yüksəldilib. EIA-nın yeni qiymətləndirməsinə görə,2027-ci ildə dünyada maye karbohidrogenlərin hasilatı gündəlik109,61 milyon barel təşkil edəcək.

EİA-nın proqnozlarına əsasən, 2027-ci ilin ilk rübündə qlobalneft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 108,85milyon barel, ikinci rübdə gündəlik 109,34 milyon barel, üçüncürübdə gündəlik 109,86 milyon barel, dördüncü rübdə isə gündəlik110,37 milyon barel olacağı proqnozlaşdırılır.

Məqalədə:
Избранный
62
1
az.trend.az

2Источники