RU

ABŞ tərəfdaşları ilə əməkdaşlıq Azərbaycanın enerji sektorunun modernləşdirilməsinə töhfə verir – SOCAR prezidenti

Bakı. Trend:

Amerika tərəfdaşları ilə əməkdaşlıq artıq otuz ildən çoxdur ki,Azərbaycanın enerji sektorunun inkişafına və modernləşdirilməsinətöhfə verir

Trend xəbərverir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)prezidenti Rövşən Nəcəf “X” hesabında paylaşım edib.

“ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) 30 illik yubileyinəhəsr olunmuş konfransda çıxış etmək mənim üçün böyük şərəf idi. Butədbirdə ölkələrimiz arasında son üç onillik ərzində davamlışəkildə genişlənən ticarət və investisiya əlaqələri, eləcə də güclüstrateji tərəfdaşlıq qeyd olundu.

Konfrans zamanı vurğuladıq ki, Amerika tərəfdaşları iləəməkdaşlıq artıq otuz ildən çoxdur ki, Azərbaycanın enerjisektorunun inkişafına və modernləşdirilməsinə töhfə verir — “Əsrinmüqaviləsi” sazişindən başlayaraq bu gün həyata keçirilən stratejilayihələrə və texnoloji əməkdaşlığa qədər.

Müzakirələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyiningücləndirilməsində artan rolunu da ön plana çıxardı. Bu roletibarlı təbii qaz tədarükünün Cənub Qaz Dəhlizi vasitəsiləAvropaya çatdırılması ilə təmin olunur.

Biz, həmçinin Cənubi Qafqazda iqtisadi əməkdaşlığın vəuzunmüddətli sabitliyin formalaşmasında regional bağlantının artanəhəmiyyətini vurğuladıq. Bu baxımdan, Beynəlxalq Sülh və Rifahnaminə Tramp Marşrutu (TRIPP) regional əlaqələrin və iqtisadiəməkdaşlığın gücləndirilməsi üçün mühüm imkan yaradır”, -paylaşımda qeyd olunub.

Məqalədə:
Избранный
83
1
az.trend.az

2Источники