RU

Aqrar Süni İntellekt layihəsi çərçivəsində 30-dan şox süni intellekt modulu müəyyən edilib – Nazir

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə genişmiqyaslı rəqəmsaltransformasiyanın artıq ikinci mərhələsini həyata keçirir.

Trend xəbərverir ki, bunu kənd təsərrüafatı naziri Məcnun Məmmədov MilliMəclisin Aqrar siyasət komitəsində keçirilən “Kənd təsərrüfatındasüni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusundaictimai dinləmədə deyib.

Nazir bildirib ki, 2020-ci ildən etibarən qurulan Elektron KəndTəsərrüfatı İnformasiya Sistemi fermerlərin dövlət xidmətlərinəçıxışını əhəmiyyətli dərəcədə asanlaşdırmaqla yanaşı, dövləttərəfindən göstərilən dəstək mexanizmlərinin şəffaflığını,operativliyini və səmərəliliyini də ciddi şəkildə artırıb. Butransformasiyanın yeni mərhələsi isə Aqrar Süni İntellektlayihəsidir:

“Layihə çərçivəsində aqrar sahədə qərarverməni daha dəqiq vəməlumat əsaslı etmək məqsədilə 30-dan artıq süni intellekt modulumüəyyən edilib. Bu modullar torpaq, iqlim, peyk məlumatları, sahəmüşahidələri və digər məlumat mənbələrini bir araya gətirərək həmdövlətin kənd təsərrüfatı ilə bağlı strateji idarəçiliyində, həm dəfermer təsərrüfatlarında qərarvermə prosesini dəstəkləyir.

Sistemlər vasitəsilə bitkilərin inkişafı, xəstəlik vəzərərverici riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları vəməhsuldarlıq proqnozları kimi mühüm məsələlər üzrə analitikməlumatlar formalaşdırılır. Bu məlumatlar vahid rəqəmsalplatformada emal olunur və fermerlərə mobil tətbiqlər və digərkommunikasiya kanalları vasitəsilə çatdırılır”.

M.Məmmədov vurğulayıb ki, beləliklə, aqrar idarəetmə modelitədricən ənənəvi təcrübə yanaşmasından məlumat əsaslı vəproqnozlaşdırılan qərarvermə modelinə keçir.

“Bu yanaşma bir tərəfdən dövlətin aqrar siyasətinin dahaeffektiv planlaşdırılmasına imkan yaradır, digər tərəfdən isəfermerlərin gündəlik fəaliyyətində daha dəqiq və operativqərarların qəbul edilməsinə kömək edir”, - deyə o fikriniyekunlaşdırıb.

Избранный
47
10
az.trend.az

10Источники