RU

“İranın nüvə silahı olsaydı, hamını girov saxlayardı” – senator Qrem

ABŞ senatoru Lindsi Qrem İranın nüvə silahı əldə etməsinin qlobal təhlükəsizlik üçün ciddi təhdid yaradacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, amerikalı senatorun sözlərinə görə, əgər İranın 10 nüvə döyüş başlığı olsaydı, dünya tamamilə fərqli və daha təhlükəli bir vəziyyətlə üzləşərdi.

“Benzinin qiymətlərindən narahat olursunuz. Amma təsəvvür edin ki, İranın 10 nüvə döyüş başlığı olsaydı, dünya necə görünərdi. Bu, dəhşətli olardı. Onlar hamımızı girov saxlayar və sonda İsrail dövlətini məhv edərdilər”, – deyə senator vurğulayıb.

Qrem qeyd edib ki, hazırda həyata keçirilən Epik Qəzəb əməliyyatı çərçivəsində ABŞ İranın nüvə və ballistik raket potensialını məhv etməyə, həmçinin rejimin terror vasitəsilə dünyaya təhdid yaratmaq imkanlarını zəiflətməyə çalışır.

Senatorun sözlərinə görə, bu əməliyyatın həyata keçirilməsi ABŞ rəhbərliyinin və hərbçilərinin fəaliyyəti sayəsində mümkün olub.

“Bütün bunlar ali baş komandanımız, onun kabineti və cəsur hərbçilərimizin səyləri olmadan mümkün olmazdı”, – deyə Lindsi Qrem əlavə edib.

Sara
NOCOMMENT.az

Избранный
39
nocomment.az

1Источники