RU

Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya taxılının növbəti tədarükü həyata keçirilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya taxılının növbəti tədarükü həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, 11 vaqondan ibarət, ümumi çəkisi 1023 ton (netto 770 ton) olan taxıl Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb. Yükün müəyyən olunmuş marşrut üzrə daşınması tranzit qaydalarına uyğun şəkildə həyata keçirilir.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə ümumilikdə 22 min tondan çox taxıl göndərilib ki, bu da 320 vaqona bərabərdir. Bununla yanaşı, eyni marşrut üzrə 610 ton həcmində gübrə (9 vaqon) daşınması da həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
60
4
azertag.az

5Источники