İsrail ordusu İsrailə dronlar atmağa hazırlaşan İran əsgərlərinə endirilən zərbələrin görüntülərini yayıb.
BAKU.WS "The Times of Israel"ə istinadən xəbər verir ki, İsrail hərbçilərin sözlərinə görə, İran əsgərləri bazar ertəsi günü dron buraxılış məntəqəsində müəyyən edilib.
Məlumata əsasən, qısa müddət sonra İsrail Hərbi Hava Qüvvələrinə aid pilotsuz təyyarə İsrailə hücum etməzdən bir neçə dəqiqə əvvəl İran əsgərlərinin bir neçəsini vuraraq öldürüb.
"İsrail ərazisinə doğru atəş dairəsini mümkün qədər azaltmaq üçün İranın qərbindəki ballistik raket və pilotsuz uçuş aparatlarının infrastrukturunu məhv etmək, o cümlədən personalını məhv etmək üçün gecə-gündüz əməliyyatlarını davam etdirir" -deyə İsrail ordusunun məlumatında qeyd edilib.
Sözügedən görüntüləri təqdim edirik:
צה"ל חיסל חוליית שיגור דקות לפני ששיגרה כלי טיס בלתי מאוישים מאיראן לעבר מדינת ישראל
— צבא ההגנה לישראל (@idfonline) March 11, 2026
חיל האוויר זיהה שלשום (ב'), מספר חיילים ממערך כלי הטיס הבלתי מאוישים של משטר הטרור האיראני באתר שיגור במערב איראן.
לאחר הזיהוי, כלי טיס של חיל האוויר חיסל מספר חיילים בחולייה, זאת לאחר שנכנסו… pic.twitter.com/SSyFVDs5Lz