RU

"Tramp İranın DÇ-2026-da iştirak edə biləcəyini təsdiqlədi"

style='margin-bottom:10px;'>

FİFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampla görüşündən danışıb.

QOL.az xəbər verir ki, dünyanın ali futbol qurumunun rəhbəri ABŞ-la İran arasındakı hərbi münaqişənin fonunda İranın DÇ-2026-da iştirak edib-etməyəcəyinə də toxunub:

“Bu axşam mən qarşıdan gələn FİFA Dünya Kubokuna hazırlıqları və cəmi 93 gün qalmış turnirə artan gözləntiləri müzakirə etmək üçün Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampla görüşdüm.

Biz həmçinin İrandakı mövcud vəziyyəti və İran milli komandasının 2026-cı il DÇ-2026-ya vəsiqə qazanmasını müzakirə etdik. Söhbətimiz zamanı Prezident Tramp İran millisinin ABŞ-da keçiriləcək turnirdə iştirak etmək hüququna malik olduğunu bir daha vurğuladı.

İndi dünya çempionatı kimi insanları bir araya gətirə biləcək turnirə hər zamankindən daha çox ehtiyacı var. Dəstəyinə görə Amerika Birləşmiş Ştatları Prezidentinə səmimi qəlbdən təşəkkür edirəm. Bu, bir daha futbolun dünyanı birləşdirdiyini sübut edir".

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Избранный
35
3
teleqraf.com

4Источники