RU

Hörmüz boğazında yük gəmisi vuruldu - Gəmidəkilər təxliyə edildi

Hörmüz boğazında yük gəmisi mərmi ilə vurulub.

Far.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, hadisədən sonra su nəqliyyat vasitəsindəki bütün işçilər təxliyə edilib.

"Hörmüz boğazında naməlum mərmi ilə yük gəmisi vurulub, nəticədə gəmidə yanğın baş verib və heyət üzvləri kömək istəyərək oradan təxliyə olunublar" - deyə Dəniz Ticarət Əməliyyatları İdarəsinin məlumatında bildirilib.

Xatırladaq ki, İran ABŞ və İsraillə müharibə fonunda boğazdan neft axınının qarşısını almağa söz verib.

Onu da bildirək ki, Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraq xam neftin böyük hissəsini əsasən Asiyaya məhz bu boğaz vasitəsilə ixrac edir. Dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçılarından biri olan Qətər isə LNG-nin demək olar ki, hamısını bu boğazdan göndərir.

Избранный
23
far.az

1Источники