ain.az bildirir, Unikal.az portalına istinadən.
"Kiyevin Bryansk şəhərini atəşə tutmasına bənzər hücumların qarşısını almaq üçün Ukraynadakı xüsusi hərbi əməliyyat davam etməli və uğurla başa çatdırılmalıdır".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Xüsusi hərbi əməliyyat irəliləyir; irəliləməli və uğurlu olmalıdır ki, bu cür hərəkətlər bir daha təkrarlanmasın, Kiyevin bu cür hərəkətlərinin və təzahürlərinin təhlükəsi aradan qaldırılsın", - o, Bryanska hücumu şərh edərkən bildirib.
Peskov vurğulayıb ki, Rusiyanın Bryanskın atəşə tutulmasına cavabı onlar tərəfindən müəyyən ediləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.