RU

Toyda qardaşlar içib dava saldılar Kiçiyimsən, sən get gətir

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Abşeron rayonunda iki qardaş arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 11-də baş verib. 1996-cı il təvəllüdlü Ayaz həmin gün saat 22 radələrində qardaşı Vüsal (adlar şərtidir – red.) ilə mübahisə edib. Ayaz orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən onunla həmin ünvanda yaşayan qardaşı Vüsalın yaşca kiçik olmasına baxmayaraq ondan mobil telefon aparatının yerini soruşub, evin həyətindən götürməklə ona verməsini tələb etməsindən əsəbiləşib. Ayaz həmin səbəbdən aralarında yaranmış narazılıqla əlaqədar baş verən mübahisə zamanı qardaşının üzərinə hücum edib. Əl, yumruq zərbələri ilə qardaşının göz, ağız, sifət nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Ayazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Ayaz ifadəsində göstərib ki, iyunun 11-də, saat 18 radələrində qardaşı Vüsal ilə birlikdə xalası oğlunun toy məclisində iştirak etmək üçün Sumqayıt şəhəri ərazisində yerləşən “Gold Palace” şadlıq sarayına gedib:“Orada yemək yeyib, spirtli içki içdik. Saat 22 radələrində qardaşım ilə birlikdə toy məclisindən çıxdıq və yaşadığımız evə gəldik. Həmin vaxt Vüsal telefonunun yerini soruşdu. Ona telefonunun yaşadığı evin həyətinə qoyduğunu dedim. Bu zaman o, məndən telefonu gedərək həyətdən gətirməyimi tələb etdi. Vüsala ondan böyük olduğumu xatırladaraq telefonunu gedərək özünün götürməsini bildirdim. Bu zaman Vüsal ilə bu mövzuda aramızda sözlə mübahisə baş verdi.  Mübahisə vaxtı əsəbiləşərək Vüsalın sifət nahiyəsinə yumruqla bir dəfə vurdum. Bundan sonra yaşadığım evdən getdim”.Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən qardaşına qarşı olan şikayətini geri götürüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işinin icraatına xitam verilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
71
demokrat.az

1Источники