RU

Uşaqları düzgün tərbiyə etmirsən deyib arvadını döydü

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron rayonunda 1987-ci il təvəllüdlü Məmməd həyat yoldaşı Yasəmənə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 2-də rayonun Masazır qəsəbəsində baş verib. Məmməd həmin gün gecə saat 23:30-da yaşadığı fərdi yaşayış evində arvadı Yasəmən ilə mübahisə edib. Onların mübahisəsinə səbəb isə Yasəmənə övladlarının tərbiyəsi ilə düzgün məşğul olmadığına və nəzarət etmədiyinə görə irad bildirib. Yasəmən buna etiraz etməsi səbəbindən ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıqla bağlı mübahisə baş verib. Həmin mübahisə əsnasında Məmməd Yasəmənin üzərinə hücum edib, əvvəlcə əl, yumruq zərbələri ilə onun göz, ağız, sifət, baş, çiyin, bədənin müxtəlif nahiyələrinə ardıcıl vurub. Ardınca həmin zərbələrdən yerə yıxılmış Yasəmənin kürək nahiyələrinə qəsdən təpik və yumruq zərbələri ilə zərbələr yetirib. Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Yasəmən ilə 2015-ci ildə ailə həyatı qurub və birgə nikahdan 2016-cı il təvəllüdlü və 2023-cü il təvəllüdlü iki azyaşlı övladı var:“Münasibətlərimiz daima yaxşı olub. Hadisə günü saat 23:30-da arvadım ilə yaşadığım evin qonaq otağında olan zaman Yasəmənə uşaqların tərbiyəsi ilə yaxşı məşğul olmadığına görə sözləi rad bildirdim. Lakin Yasəmən mənim fikrim ilə razılaşmadı. Bu səbəbdən əsəbiləşdim və aramızda mübahisə baş verdi. Mübahisə zamanı Yasəmən mənimlə kobud danışdı. Mən də əsəbi olduğum üçün yumruqla onun sol və sağ göz nahiyyəsinə, başına, həmçinin də çiyninə zərbələr endirdim. O, aldığı zərbələrin təsirindən yerə yıxıldı. Bundan sonra mən evin digər otağına keçdim. Yasəmən isə evdən bayıra çıxdı. Bundan sonra Yasəmənin Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verdiyi mənə məlum oldu”. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən ərinə qarşı olan şikayətini geri götürüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işinin icraatına xitam verilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
75
demokrat.az

1Источники