RU

"Bank of Baku"nun səhmdarları dividend ödənişlərini müzakirə edəcəklər

"Bank of Baku" ASC-nin səhmdarlarının aprelin 22-də, saat 15:00-da keçiriləcək növbəti ümumi yığıncağının gündəliyi məlum olub.

"Far.Az" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Məlumata görə, səhmdarlar "Bank of Baku"nun 2025-ci il üzrə maliyyə hesabatlarının və Bankın Audit Komitəsinin ötənilki hesabatının təsdiq edilməsi, səhm sahiblərinə ötən illərin mənfəətindən dividendlərin ödənilməsi, xalis mənfəət hesabna ehtiyat yaradılması və digər məsələləri müzakirə edəcəklər.

Yığıncaq əvvəlcədən elan olunduğu kimi "Bank of Baku"nun Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisində olacaq.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Избранный
8
1
far.az

2Источники