Bakı, 11 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının (MR) enerji potensialı onun istehsalı və ixracı üçün böyük imkanlar yaradır. Azərbaycan dövlətinin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində atdığı addımlar əhalini, iqtisadi sahəni dayanıqlı enerji ilə təmin etməklə yanaşı onun ixracına da şərait yaradıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında elmlər doktoru Arif Ağalarov deyib.
Onun sözlərinə görə, Naxçıvan MR-da müşahidə edilən yüksək günəş radiasiyası ölkə üzrə birincidir və bütün fəsillərdə Günəş ener-jisindən istifadə imkanı mövcuddur.
“Muxtar respublikanın yerləşdiyi əlve¬rişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Bu sırada isə Günəş enerji¬sindən istifadə imkanları daha çox ön plana çıxır. Hesablamalara görə, Naxçıvan ərazisində günəşli saatların orta illik miqdarı 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat–saat (kVts) təşkil edir. Muxtar respublikada Günəş elektrik stansiyalarının ümumi qoyuluş gücü 39,4 MVt təşkil edir ki, bu potensial da əlavə enerjinin ixracına imkan yaradır və artıq ixrac üçün infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində işlər görülür.
Bu gün dünyada enerji böhranı müşahidə olunur. Avropa dövlətləri geosiyasi gərginliklə əlaqədar olaraq enerji resurslarına ehtiyac duyurlar və bu resurslardan - neft və qazdan elektrik enerjisi istehsalında istifadə edirlər. Sərmayə qoyuluşu və infrastrukturun yaradılması Naxçıvanda istehsal olunan əlavə elektrik enerjisini Türkiyə üzərindən Avropaya ixrac etmək mümkündür. Alternativ enerji mənbələrinin səmərəli istifadəsi regionda iqtisadi fəallığın, büdcə gəlirlərinin artmasına, əhalinin sosial vəziyyətinin inkişafına səbəb olacaq”, - deyə A.Ağalarov nəzərə çatdırıb.