RU

Xocalının Xanabad kəndinə köçürülən sakinlərə açarlar təqdim olunub - FOTO

Martın 11-də Xocalı rayonunun Xanabad kəndinə növbəti köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Aznews.az-a verilən məlumata görə, 103 nəfərdən ibarət 21 ailə doğma yurduna qayıdıb.

Xocalı şəhərində sakinlərə yeni mənzillərin açarları təqdim olunub. Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev bildirib ki, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma işləri günbəgün sürətlənir və həyata keçirilən layihələrin əsas məqsədi keçmiş məcburi köçkünlərin qısa müddətdə doğma torpaqlarına qayıdışını təmin etmək, bölgədə dayanıqlı yaşayış mühiti yaratmaqdır.

Избранный
70
11
aznews.az

10Источники