RU

G7 hərəkətə keçdi- Strateji rezervlər neftin qiymət artımına qarşı "döyüşə" girir

Böyük Yeddilər (G7) ölkələrinin energetika nazirləri qlobal bazarda neft qiymətlərinin kəskin artmasının qarşısını almaq məqsədilə strateji neft ehtiyatlarından istifadə edilməsi ideyasını dəstəkləyiblər.

Musavat.com xəbər verir ki, "Bloomberg" agentliyi nazirlərin birgə kommunikesinə istinadən tərəflərin bu məsələdə prinsipial razılığa gəldiyini açıqlayıb. Sənəddə qeyd olunur ki, nazirlər enerji təhlükəsizliyini təmin etmək üçün "proaktiv tədbirlərin, o cümlədən strateji rezervlərin işə salınmasının" zəruriliyini qəbul ediblər.

Xatırladaq ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron G7 ölkələrinin bu ideyaya getdikcə daha çox meyl etdiyini bildirmişdi. Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar və Hörmüz boğazındakı gərginlik fonunda neftin qiymətinin dünya bazarında 100 dollar həddini keçməsi aparıcı iqtisadiyyatları narahat etməyə başlayıb. Strateji ehtiyatların bazara çıxarılması qərarı tədarük zəncirindəki qırılmaları kompensasiya etmək və yanacaq bazarlarında sabitliyi bərpa etmək məqsədi daşıyır. Ekspertlər hesab edirlər ki, ABŞ, Yaponiya və Avropa ölkələrinin rezervləri eyni vaxtda açılarsa, bu, neftin qiymətində ciddi ucuzlaşmaya səbəb ola bilər. Lakin bu addımın nə vaxt və hansı həcmdə reallaşacağı barədə konkret tarixlər hələlik açıqlanmır.

Musavat.com

Избранный
86
musavat.com

1Источники