Bu addım Azərbaycan dövlətinin ənənəvi humanist siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Hazırda İran öz tarixinin ən çətin, mürəkkəb dövrünü yaşayır. İslam inqilabından sonra, molla rejiminin apardığı ziddiyətli siyasət nəticəsində, bu ölkə siyasi, iqtisadi, humanitar, mədəni, təhlükəsizlik cəhətdən dalana dirənib. Bütün qonşuları ilə, beynəlxalq ictimaiyyətlə düşmənçilik münasibətindədir. Ən çox əziyyət çəkən də öz xalqıdır.
Müharibə gedən ölkədə qida məhsullarına, dərman vasitələrinə ehtiyac var. Cənab Prezidentin tapşırığına əsasən, 30 ton humanitar yardımın İrana göndərilməsi, Azərbaycanın dostluq, qonşuluq prinsiplərinə sədaqətinin göstəricisidir.
Biz dəfələrlə müharibə aparan ölkələrə, təbii və yaxud texnogen hadisələrdən əziyyət çəkən bölgələrə yardımlar göndərmişik. Bu bir insanlıq borcudur. Çətin zamanlarda göstərilən yardımlar, unudulmur. Baxmayaraq ki, cənub qonşumuz Azərbaycanın uzun illər ərzində nümayiş etdirdiyi dostluq jestlərini lazımınca qiymətləndirməyib, əksinə qərəzli davranıb. Bu yaxınlarda Naxçıvan hava limanının, orta məktəbin dron hücumuna məruz qalması, ölkələrimiz arasında ciddi narazılığa səbəb olub.
Humanitar aksiyadan sonra, İranın təxribatlardan əl çəkəcəyinə, səmimi davranacağına heç kim qarant dura bilməz. Mən şəxsən buna inanmıram. Ən azından ona görə ki, İranda hakimiyyət monoton deyil. Xalq tərəfindən seçilmiş qanuni hakimiyyətin proseslərə təsir imkanları son dərəcə məhduddur. Prezident Pezeşkian televiziya kameraları qarşısında çıxış edib, atəşə məruz qoyduqları dövlətlərdən üzür istəyir. Bir neçə saat sonra isə, SEPAH Pezeşkianı təkzib edərək bildirir ki, prezidentin müharibə vaxtı dediklərinin əsası yoxdur.
Bu o deməkdir ki, real hakimiyyət SEPAH-ın əlindədir. SEPAH isə bir sıra ölkələr və beynəlxalq təşkilat tərəfindən terror təşkilatı olaraq tanınır. Normal dövlətlərdə belə şeylər olmur. Arzu edək ki, İran Azərbaycan dövlətinin uzatdığı növbəti dostluq əlini layiqincə qiymətləndirəcək.
Nəsib Məhəməliyev, Milli Məclsin üzvü
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта